...

Saatlıda piyada qəza yerində öldü

Hadisə Materials 17 Oktyabr 2015 12:54 (UTC +04:00)
Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Saatlıda piyada qəza yerində öldü

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elmir Murad/

Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Qara Nuru kəndində baş verib. Kənd sakini Kamil Ağayev idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən həmkəndlisi Mədinə Həsənovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Saatlı eayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti