...

Bakıda döyüş sursatı aşkarlanıb

Hadisə Materials 18 Oktyabr 2015 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Bakıda döyüş sursatı aşkarlanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunmuş və döyüş tətbiqinə yararlı olan 1 (bir) ədəd 50 millimetrlik minaatan mərmisi mütəxəssislər tərəfindən götürülüb.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və başqa şübhəli əşya aşkar etməmişlər.

Xəbər lenti

Xəbər lenti