...

Suraxanıda bir nəfər dəm qazından zəhərlənərək ölüb

Hadisə Materials 19 Oktyabr 2015 14:15 (UTC +04:00)
Suraxanı rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.
Suraxanıda bir nəfər dəm qazından zəhərlənərək ölüb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Elmir Murad/

Suraxanı rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə Əmircan qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan Xəyalə Tahir qızı evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti