Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elmir Murad/
Hədə-qorxu ilə vətəndaşdan telefon və pulunu alan şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdaərsindən Trend-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rayonun Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsində Coşqun Məmmədova hədə qorxu gələrək mobil telefonunu, daha sonra isə 100 manat pulunu almaqda şübhəli bilinən 1997-ci il təvəllüdlü Həmid Həmidzadə yaxalanıb.
O, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılıb.