...

Bakıda 3 otaqlı evdə partlayış baş verib, iki nəfər yaralanıb

Hadisə Materials 5 Noyabr 2015 05:34 (UTC +04:00)
Bakıda yanğın hadisəsi qeydə alınıb
Bakıda 3 otaqlı evdə partlayış baş verib, iki nəfər yaralanıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə 3 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb, partlayışın təsirindən evin damı və divarı uçub.

Yanğın zamanı ev sahibi və qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıblar.

Xəbər lenti

Xəbər lenti