...

Hacıqabulda yol qəzası daha bir can aldı

Hadisə Materials 6 Noyabr 2015 14:11 (UTC +04:00)
Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabulda yol qəzası daha bir can aldı

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmir Murad/

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Muğan qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən otlaq sahəsində Quba rayon sakini Mətləb Fərəcov idarə etdiyi "Niva" markalı avtomobili aşırıb. Hadisə nəticəsində M.Fərəcov və 3 sərnişini xəstəxanaya yerləşdirilib. Xəsarət alan sərnişinlərdən biri Qabil Rəhimovun həyatını xilas etmək mümkün olmayib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti