...

FHN itkin düşmüş balıqçılarla bağlı axtarışları dayandırıb

Hadisə Materials 12 Noyabr 2015 15:48 (UTC +04:00)
Xəzər dənizinin Xaçmaz sahilində itkin düşmüş balıqçılardan birinin axtarışı dayandırılıb.
FHN itkin düşmüş balıqçılarla bağlı axtarışları dayandırıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elmir Murad/

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşmüş balıqçılardan birinin axtarışı dayandırılıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

Nazirlikdən, həmçinin bu gün İlqar Daşdəmirovun meyitinin tapılmasına aydınlıq gətiriblər: "Helikopterlərimiz itən şəxsləri bir neçə gün axtardı. Araşdırma uzun müddət davam etdi, amma meyitlər tapılmadığından axtarış dayandırıldı. Xəzərin ərazisi kiçik deyil ki, dalğıclar bütün dənizi axtara bilsinlər. İtikin düşmüş şəxslərdən ikincisinin də cəsədi sahilə çıxıb".

Qeyd edək ki, noyabrın 4-də itkin düşmüş üç balıqçının axtarışlarına bir helikopter və FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları cəlb olunmuşdu. İ.Daşdəmirovun meyiti bu gün səhər saatlarında tapılıb.

İtkin düşən balıqçılardan birinin - Həmzə Nurəddinovun meyiti ötən həftə tapılmışdı. Laçın Laçınovun cəsədi isə hələ tapılmayıb.

H.Nurəddinov və L.Laçınov rayonun Tikanoba, İ.Daşdəmirov isə Uzunoba kənd sakinidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti