...

Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub

Hadisə Materials 19 Noyabr 2015 00:29 (UTC +04:00)
Ötən gün axşam Gəncə şəhəri İsax Cəfərov kücəsi bina 4-ün 2-ci blokunda yanğın hadisəsi baş verib.
Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub

Bakı. Trend:

Ötən gün axşam Gəncə şəhəri İsax Cəfərov kücəsi 4 saylı binanın 2-ci blokunda yanğın hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, zirzəmidən başlayan alov tüstüsü qısa zamanda bütün ərazini bürüyüb. Dərhal hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub.

Binada yaşayan sakinlər təxliyə olunub.

Alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına səbəb zirzəmiyə atılmış zibil qalıqları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti