...

Xətaidə fəhlə 3-cü mərtəbədən yıxılaraq öldü

Hadisə Materials 29 Noyabr 2015 11:08 (UTC +04:00)
Dünən axşam saatlarında Bakının Xətai rayonunda hazırda tikilən hündür mərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib
Xətaidə fəhlə 3-cü mərtəbədən yıxılaraq öldü

Trend-i buradan izləyin

Bakı. Samir Məmmədov - Trend:

Dünən axşam saatlarında Bakının Xətai rayonunda hazırda tikilən hündür mərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib.

Trend-ə verilən məlumata görə, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsini quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb. O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsada, onu xilas etmək mümkün olmayıb.

Yaralı əməliyyat zamanı dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti