...

Paytaxtda mənzil qarət edən dəstə üzvləri saxlanılıb

Hadisə Materials 10 Dekabr 2015 13:15 (UTC +04:00)
Bakıda mənzildən oğurluq edən dəstə üzvləri saxlanılıb
Paytaxtda mənzil qarət edən dəstə üzvləri saxlanılıb

Bakı. Samir Məmmədov-Trend:

Bakıda mənzildən oğurluq edən dəstə üzvləri saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 9-na keçən gecə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Şahin Həsənovun evindən 500 manat və qızıl üzük oğurlanıb.

Sabunçu RPİ 15-ci PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş İsmət Məmmədov, Abşeron rayon sakini Arzu Babayeva, Bakı şəhər sakini Ceyhun Hüseynov, Gəncə şəhər sakinləri Sahib Abdullayev və qardaşı Elmir tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti