...

Tərtərdə yanğın baş verib - xəsarət alanlar var

Hadisə Materials 17 Dekabr 2015 01:13 (UTC +04:00)
Tərtər şəhərində 3 otaqlı ev yanıb.
Tərtərdə yanğın baş verib - xəsarət alanlar var

Bakı. Trend:

Tərtər şəhərində 3 otaqlı ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunub. Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti