...

Gəncə sakini naməlum şəxslər tərəfindən hücuma məruz qalıb

Hadisə Materials 20 Dekabr 2015 03:02 (UTC +04:00)
44 yaşlı Gəncə sakini naməlum şəxslər tərəfindən hücuma məruz qalıb
Gəncə sakini naməlum şəxslər tərəfindən hücuma məruz qalıb

Bakı. Trend:

44 yaşlı Gəncə sakini naməlum şəxslər tərəfindən hücuma məruz qalıb

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində baş verib.

Hələlik kimliyi bəlli olmayan şəxs və ya şəxslər tərəfindən 44 yaşlı şəhər sakini Kəmaləddin Əliyev baş nahiyyəsindən zərbə alıb. Kəmaləddin Əliyev qapalı kəllə beyin travması və baş nahiyyəsinin çoxsaylı capılmış yaraları ilə Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Həkimlər xəstənin vəziyyətinin orta ağır olduğunu bildirir. Faktla bağlı polis artıq araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti