Bakı. Trend:
Paytaxtın Nizami rayonunda supermarket yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda sahibi məlum olmayan ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli "ARMO STORE" supermarketinin 1-ci mərtəbəsində alçıpandan ibarət tavanı və rəflərə yığılmış ərzaq məhsulları 6 kv.m sahədə yanmışdır.
Marketin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.