...

Bakıda ər arvadını öldürənə 2 min manat verib

Hadisə Materials 11 Yanvar 2016 16:30 (UTC +04:00)
Paytaxtın hüquq mühafizə orqanları həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstünü “isti izlər”lə açıb.
Bakıda ər arvadını öldürənə 2 min manat verib

Bakı. Trend:

Paytaxtın hüquq mühafizə orqanları həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstünü "isti izlər"lə açıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə daxil olan məlumata görə, yanvarın 10-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumənin keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər.

Aparılmış istintaqla R.Rzayevin keçmiş arvadı S.Rzayevanı öldürtmək məqsədilə tanışı E.Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşaraq sonuncunun yanvarın 10-da S.Rzayevanın yaşadığı evə daxil olub özü ilə götürdüyü küt alətlə mərhumənin baş nahiyəsinə zərbə endirməklə onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan E.Həsənov və R.Rzayevin əməli Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti