...

Bakının 5 mənzilində civə həyacanı yaşanıb

Hadisə Materials 17 Yanvar 2016 19:56 (UTC +04:00)

Bakı. Trend:

Paytaxt Bakının müxtəlif rayonlarında sakinlər civə problemi ilə üzləşiblər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəhərin Binəqədi, Nərimanov, Yasamal rayonlarında ümumilikdə 5 mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti