...

Cəlilabad və Ucarda 18 kq-a yaxın narkotik aşkarlandı

Hadisə Materials 18 Yanvar 2016 15:01 (UTC +04:00)
Azərbaycanda polis narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı növbəti əməliyyat keçirib.
Cəlilabad və Ucarda 18 kq-a yaxın narkotik aşkarlandı

Bakı. Samir Əli - Trend:

Azərbaycanda polis narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı növbəti əməliyyat keçirib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Zülfüqar Nadirovdan 13 kiloqram 520 qram tiryək götürülüb.

Həmin gün Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağcabədi rayon sakinləri, əvvəllər məhkum olunmuş Elxan Əsgərov və Ruslan Süleymanov 4 kiloqram 175 qram marixuananı satarkən tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti