...

Bakıda mənzildə yanğın olub, qardaşlar xəsarət alıb

Hadisə Materials 18 Yanvar 2016 15:14 (UTC +04:00)
Bakıda mənzildə yanğın olub.
Bakıda mənzildə yanğın olub, qardaşlar xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildə yanğın olub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 17-də saat 14 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Əli Orucovun evində baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Ə.Orucovun oğlanları Xəzər və Emin yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti