...

Zavodda silah-sursat tapılıb (FOTO+SİYAHI)

Hadisə Materials 19 Yanvar 2016 15:29 (UTC +04:00)
Təmiz Şəhər” ASC paytaxtdan yığılmış tullantılar arasından silah-sursat aşkar etdi.
Zavodda silah-sursat tapılıb (FOTO+SİYAHI)

Bakı. Trend:

Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 19-da ASC-nin əməkdaşları həmin tapıntıları polisə təhvil verib.

Aşkar olunan təhlükəli əşyalar bunlardır:

- 1 ədəd baraban tipli tapança
- 1 ədəd avtomat darağı
- 1 ədəd süngü bıçaq
- 1 ədəd 12.7 çapılı patron
- 2 ədəd 7.62 çaplı patron
- 24 ədəd 5.45 çaplı patron

Paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir. İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Təhlükəli əşyalar aşkar edildikdə zavoda polis dəvət olunur və təhvil verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti