Bakı. Trend:
Kür çayında bir nəfər batıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Ağcəbədi rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə çıxıb.
Əlavə məlumat veriləcək.