Bakı. Samir Əli - Trend:
Bakıda saxta əskinas alverçisi yaxalanıb.
Trend-in Daxili İşlər Nazirliyinin Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Turan Yusifovdan rəngli printerdə hazırlanmış 25 ədəd 50, 8 ədəd 20 və 3 ədəd 5 manatlıq saxta əskinas götürülüb.