...

Zərdabda və Biləsuvarda yanğın olub

Hadisə Materials 28 Yanvar 2016 08:36 (UTC +04:00)
Zərdab və Biləsuvarda yanğın olub
Zərdabda və Biləsuvarda yanğın olub

Bakı. Trend:

Zərdab və Biləsuvarda yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zərdab rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 5 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:31-də söndürülüb.

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti