...

Sürücü "Shacman”ın altında qalıb öldü

Hadisə Materials 8 Fevral 2016 12:56 (UTC +04:00)
Bakıda bədbəxt hadisə baş verib.
Sürücü "Shacman”ın altında qalıb öldü

Bakı. Trend:

Bakıda bədbəxt hadisə baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə fevralın 6-da Xətai rayonunun Nobel prospektində baş verib.

Quba rayon sakini İbrahim Seyidəhmədov idarə etdiyi "Shacman" markalı avtomobilin mühərrik hissəsində təmir işləri apararkən avtomobil enişə doğru hərəkət etdiyindən təkərin altında qalaraq ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti