...

Xaçmazda ağır yol qəzası baş verib - 2 ölü, 5 yaralı

Hadisə Materials 18 Fevral 2016 12:51 (UTC +04:00)
Xaçmaz rayonunda ağır yol qəzası baş verib.
Xaçmazda ağır yol qəzası baş verib - 2 ölü, 5 yaralı

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 17-də saat 21 radələrində Xaçmaz rayonunun Müzəffər-oba kəndində rayon sakinləri Ruslan Nüsrətovun idarə etdiyi "KİA", Şıxbala Zeynalovun idarə etdiyi "VAZ-2106" və Rövşən Şükürovun idarə etdiyi "VAZ-21093" markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Zeynalov və sərnişinlərindən Elvin Cavadov hadisə yerində ölüb, digər 1 sərnişin, habelə R.Nüsrətov və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti