...

Şəmkir və Xaçmaz rayonlarında ev yanıb

Hadisə Materials 23 Fevral 2016 02:12 (UTC +04:00)
Şəmkir və Xaçmaz rayonlarında yanğın hadisələri qeydə alınıb.
Şəmkir və Xaçmaz rayonlarında ev yanıb

Bakı. Trend:

Şəmkir və Xaçmaz rayonlarında yanğın hadisələri qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kv.m və dam örtüyü 20 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən yanğından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Xəbər lenti

Xəbər lenti