...

Bakıda kompyuter salonlarına qənim kəsilmiş oğru tutuldu

Hadisə Materials 1 Mart 2016 13:13 (UTC +04:00)
Bakıda kompyuter salonlarına qənim kəsilmiş şəxs saxlanılıb.
Bakıda kompyuter salonlarına qənim kəsilmiş oğru tutuldu

Bakı. Trend:

Bakıda kompyuter salonlarına qənim kəsilmiş şəxs saxlanılıb. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompyuter salonundan oyun aparatı oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov tutulub.

Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 7 nəfərə məxsus kompyuter salonlarından oyun aparatı və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti