Bakı. Trend:
Lerik rayonunda kən sakini intihar edib. Hadisənin təfərrüatları barədə Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda deyilir ki, martın 2-də saat 05 radələrində Lerik rayonunun Veri Əliabad kəndində kənd sakini Adil Rəhimov aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib tüfəngdən onun istiqamətində 1 dəfə atəş açmış (güllə S.Qurbanova dəyməmişdir), bıçaqla ona və onun arvadı Sevdaya xəsarət yetirib hadisə yerini tərk etmişdir. O, kəndin qəbristanlığına gedərək həmin tüfəngindən açdığı atəşlə özünü öldürmüşdür.
Lerik RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 16 kalibrli lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd qumbara və 1 ədəd mətbəx bıçağı götürülmüşdür. S.Qurbanov xəstəxanaya yerləşdirilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır. Araşdırmalar aparılır.