...

Gəncədə yol qəzası: 2 yaralı (YENİLƏNİB)

Hadisə Materials 7 Mart 2016 02:11 (UTC +04:00)
Gəncədə qəza baş verib, 2 nəfər yaralanıb.
Gəncədə yol qəzası: 2 yaralı (YENİLƏNİB)

Xəbər yenilənib (ilk xəbər 22:18-də yayılıb)

Bakı. Trend:

Gəncədə qəza baş verib, 2 nəfər yaralanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza bu gün axşam saat 21:00 radələrində baş verib. "VAZ 2107" markalı avtomobilin sürcüsü Vüqar Paşayev Nəriman Nərimanov prospekitindən Əziz Əliyev prospektinə dönərkən digər dönmə əməliyyatı edən 53 yaşlı Xaliq Əliyevin idarə etdiyi "Mercedes" marakalı avtomobili vurub.

Qəza zamanı "VAZ"da olan 44 yaşlı Qələm Bayramova və 40 yaşlı Mehriban Süleymanova yaralanıb.

Dərhal yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər Qələm Bayramovaya qapalı beyin travması, sağ dizin və alın nahiyyəsinin dərin çapılmış yarası, Mehriban Süleymanovaya isə üst dodağın çapılmış yarası diaqnozunu qoyub. Hər iki yaralıya ilkin tibbi yardım göstərilib və Qələm Bayramovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti