...

Şəmkirdə göldə qayıq aşdı, balıqçı boğulub öldü

Hadisə Materials 7 Mart 2016 13:14 (UTC +04:00)
Şəmkir rayonunda balıqçı bədbəxt hadisə nəticəsində ölüb.
Şəmkirdə göldə qayıq aşdı, balıqçı boğulub öldü

Bakı. Trend:

Şəmkir rayonunda balıqçı bədbəxt hadisə nəticəsində ölüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 6-da saat 06 radələrində Şəmkir rayonunun S.Vurğun kəndində kənd sakini Taleh Qasımov və Ramin Məmmədov göldə rezin qayıqla balıq tutarkən qayıq deşilib. R.Məmmədov boğulub, T.Qasımov isə üzərək sahilə çıxıb.

R.Məmmədovun meyiti sudan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti