...

Bakıda qadını şantaj edən şəxs yaxalandı

Hadisə Materials 18 Aprel 2016 12:35 (UTC +04:00)
Bakıda qadını şantaj edərək pul tələb edən şəxs yaxalanıb.
Bakıda qadını şantaj edən şəxs yaxalandı

Bakı. Trend:

Bakıda qadını şantaj edərək pul tələb edən şəxs yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 16-da Bakı şəhər sakini Ü.M (qadın) Qaradağ RPİ 10-cu PB-yə müraciət edərək həmin gün Lökbatan qəsəbəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Rüstəmovun onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 150 manat pulunu almasını bildirib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Rüstəmov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti