...

Gəncədə Rusiya vətəndaşı istismar edilib

Hadisə Materials 6 May 2016 14:40 (UTC +04:00)
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Gəncə şəhərində Rusiya vətəndaşının məcburi istismar edilməsi faktı aşkarlanıb.
Gəncədə Rusiya vətəndaşı istismar edilib

Bakı. Trend:

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Gəncə şəhərində Rusiya vətəndaşının məcburi istismar edilməsi faktı aşkarlanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qurum əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaşayan Sahib Tağıyevə məxsus fərdi heyvandarlıq müəssisəsində Rusiya Federasiyası vətəndaşının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi müəyyən olunub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti