...

Doğma qızını zorlayan ata 14 il cəza aldı

Hadisə Materials 12 May 2016 15:26 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirli bilinən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Rəşad Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Doğma qızını zorlayan ata 14 il cəza aldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirli bilinən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Rəşad Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Kazımov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Binəqədi rayon sakini R.Kazımov 10 yaşlı doğma qızına qarşı seksual xarakterli hərəkətlər edib. Bir müddətdən sonra R.Kazımovun yoldaşı hadisədən xəbər tutub və hüquq-mühafizə orqanlarına məlumat verib. Polis əməkdaşları tərəfindən saxlanılan R.Kazımova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti