Bakı. Trend:
Gəncə sakininin avtomobilini qaçıran şəxs ətrafında əməliyyat-axtarış tədbirləri aparılır.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Mayın 13-nə keçən gecə Gəncə şəhəri ərazisindən şəhər sakini Emin Məmmədova məxsus "ZİL-130" markalı avtomobil qaçırılıb.
Kəpəz RPİ əməkdaşları tərəfindən avtomobil həmin gün Gəncə şəhəri ərazisində tapılıb, hadisənin şəhər sakini Füzuli Əsgərov tərəfindən törədilməsi müəyyən edilib.
Kəpəz RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.