...

Əmircan sakininin evində marixuana, həyətində çətənə kolu aşkar edildi

Hadisə Materials 14 May 2016 11:47 (UTC +04:00)
Əmircan qəsəbə sakininin evindən marixuana, həyətyanı sahəsindən çətənə kolu aşkar edilərək götürülüb.
Əmircan sakininin evində marixuana, həyətində çətənə kolu aşkar edildi

Bakı. Trend:

Əmircan qəsəbə sakininin evindən marixuana, həyətyanı sahəsindən çətənə kolu aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini Məmməd Məmmədovun evinə baxış zamanı 2 kiloqram 516,94 qram marixuana, həyətyanı sahəsinə baxış zamanı isə 2315 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti