Bakı. Trend:
Səhər saatlarında Bakı şəhəri, Xəzər rayonunda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunda yol kənarında 300 kv.m sahədə mazutluq yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın saat 08:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.