...

70 minədək siqareti gömrükdən keçirmək mümkün olmadı (FOTO)

Hadisə Materials 9 İyun 2016 15:31
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısını alıb.
70 minədək siqareti gömrükdən keçirmək mümkün olmadı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarəyə daxil olan əməliyyat məlumatına əsasən "Samur" gömrük postuna Rusiya istiqamətindən daxil olan minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 18400 ədəd siqaret aşkar olunub.

Kinoloji itin tətbiqi ilə baxış keçirilən nəqliyyat vasitəsindən isə 8400 ədəd siqaret aşkar edilib.

Daxil olan digər bir əməliyyat məlumatı əsasında "Samur" gömrük postunun qarşısında dayanan nəqliyyat vasitəsində yoxlama aparılıb və məlumat təsdiqini tapıb. Avtomobildən 9400 ədəd siqaret aşkar edilib.

Xaçmaz şəhərində həyata keçirilən əməliyyat nəticəsində isə Azərbaycan vətəndaşından 32 200 ədəd siqaret aşkar edilərək götürülüb.

Butun faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti