...

Biri çayda, digəri süni göldə boğuldu

Hadisə Materials 11 İyun 2016 12:30 (UTC +04:00)
Samux sakini çayda boğulub.
Biri çayda, digəri süni göldə boğuldu

Bakı. Trend:

Samux sakini çayda boğulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyunun 10-da Samux rayonunun Qarayeri qəsəbəsində qəsəbə sakini Kamil İlyasov at arabası ilə Qoşqar çayını keçərkən araba aşıb və o, çaya düşərək boğulub. Meyit sudan çıxarılıb.

Bundan başqa, iyunun 10-da İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisindəki istirahət mərkəzlərindən birində rayon sakini Ramin Muradov oradakı süni göldə çimərkən boğulub.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti