...

Tərtərdə top mərmisi tapılıb (FOTO)

Hadisə Materials 22 İyun 2016 19:14 (UTC +04:00)

Bakı. Trend:

Tərtər rayonunda top mərmisi aşkar edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Cəmilli kəndi – 1 fermada 5 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisinin partladıcısı) aşkar edilərək götürülüb, nəticə etibarilə 7500 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz kəndi – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 3170 kv.m ərazi yoxlanılıb.

İyunun 22-də 1 ferma, 4 əkin sahəsi, 9 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisinin partladıcısı) aşkar olunaraq götürülüb və gün ərzində 10 670 kv.m ərazi təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti