...

Dostunu ov qənimətini bölə bilmədikləri üçün güllələdi

Hadisə Materials 29 İyun 2016 19:03 (UTC +04:00)
Kürdəmir rayonunun Qarabucaq kəndində silahlı insident yaşanıb.
Dostunu ov qənimətini bölə bilmədikləri üçün güllələdi

Bakı. Trend:

Kürdəmir rayonunun Qarabucaq kəndində silahlı insident yaşanıb.

Trend-in Region TV-yə istinadən verdiyi xəbərə görə, Göyçay rayonunun İnçə kənd sakinləri Zaur Cabbarov və Namiq Hacıyev Qarabucaq kəndinə ov etməyə gediblər.

Dostlar ov etdikdən sonra əldə etdikləri qəniməti bölə bilməyiblər. Nəticədə aralarında yaranan mübahisə zamanı Namiq Hacıyev ov tüfəngindən Zaur Cabbarova atəş açıb.

Qarın boşluğundan ağır xəsarət alan Zaur Cabbarov Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti