Gəncədə 13 yaşlı oğlanı maşın vurub - vəziyyəti ağırdır
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, avtomobil yolu keçən 13 yaşlı oğlanı vurub.
Yeniyetmə sürücü tərəfindən ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olan yaralı daha sonra Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.