Bakı. Trend:
Binəqədi rayonunda azyaşlı hündürmərtəbəli binadan yıxılıb ölüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 3-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Nadir Xəlilov evlərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb.
N.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.