...

Bakıda intiharın qarşısı alınıb

Hadisə Materials 6 İyul 2016 05:32 (UTC +04:00)
Paytaxt Bakıda intihar hadisəsinin qarşısı alınıb.
Bakıda intiharın qarşısı alınıb

Bakı. Trend:

Paytaxt Bakıda intihar hadisəsinin qarşısı alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin Cavanşir körpüsünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olmuşdur.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınmış və vətəndaşlar aidiyyəti üzrə təhvil verilmişdir.

Əməliyyat saat 00:47-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti