Bakı. Trend:
Bakı istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil “Gəncə qapıları”nın yaxınlığında yoldan çıxaraq dərəyə aşıb.
Trend Kəpəz TV-yə istinadən (Region TV) xəbər verir ki, nəticədə minik maşını tam yararsız hala düşüb.
Müxtəlif xəsarətlər alan sürücü - 23 yaşlı Goranboy rayon sakini Röyal Quliyev və sərnişini - 27 yaşlı Gəncə şəhər sakini Sevinc Məmmədova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Sürücü travmatologiya, vəziyyəti daha ağır olan sərnişin isə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktın araşdırılmasına başlanılıb.