...

Ələt-Astara yolunda ağır qəza: 2 ölü, 1 yaralı (FOTO/VİDEO)

Hadisə Materials 23 İyul 2016 12:21 (UTC +04:00)
Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib.
Ələt-Astara yolunda ağır qəza: 2 ölü, 1 yaralı (FOTO/VİDEO)

Bakı. Trend:

Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib.

Trend CTV-yə (Region TV) istinadən xəbər verir ki, dövlət seriya nömrəsi Rusiyaya məxsus "C047 BY" seriya nişanlı "VAZ-21099" markalı minik avtomobili "07 BG 455" dövlət seriya nişanlı, "Ford" markalı avtomobil ilə toqquşub.

Nəticədə "VAZ 21099" markalı minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb. Ölənlər Lənkəran rayon Xanbulan kənd sakinləri - 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğludur.

Hadisə zamanı xəsarət almış Lənkəran rayon Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər onun durumunu ağır qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti