...

Qəribə məxluqların olduğu deyilən kənddən yeni xəbər (FOTO/VİDEO)

Hadisə Materials 29 İyul 2016 17:35 (UTC +04:00)
Ağdaş rayonunun Qoşaqovaq kəndində bir müddət əvvəl gecələr insanları qorxu içərisində saxlayan “naməlum varlıqlar” artıq narahatlıq yaratmır.
Qəribə məxluqların olduğu deyilən kənddən yeni xəbər (FOTO/VİDEO)

Bakı. Trend:

Ağdaş rayonunun Qoşaqovaq kəndində bir müddət əvvəl gecələr insanları qorxu içərisində saxlayan “naməlum varlıqlar” artıq narahatlıq yaratmır. Trend bunu Region TV-yə istinadən bildirir.

Kənd sakinləri deyirlər ki, iki həftə kənddə polis postları qurulandan sonra bu hal təkrarlanmayıb.

Ağdaş Rayon Polis Şöbəsindən isə bildirilib ki, kənddə bütün təhlükəsizlik tədbirləri görülüb. Bu günə qədər ərazidə heç bir əməliyyat-axtarış tədbirləri həyata keçirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti