Bakı. Trend:
Şamaxının Quşçu kənd sakini, 2008-ci il təvəllüdlü Adıgözəlova Ruqiyyə İslam qızı evlərində zəhərli həşərat sancmasından bir neçə saat sonra dünyasını dəyişib.
Trend Region TV-yə istinadən xəbər verir ki, Şamaxı rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən R.Adıgözəlöva vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə Toksikologiya Mərkəzinə göndərilib. Buna baxmayaraq, xəstə 10 saatdan sonra dünyasını dəyişib.
Mərhumənin nənəsi Dünyaxanım Məmmədova nəvəsinin anidən qışqırdığını deyib: "O, yatandan 10 dəqiqə sonra qışqırdı - dişlədi, dişlədi. Əli ilə qurdu öldürdü".
Faktla bağlı araşdırma aparılır.