...

Bir ailə qəzaya düşdü - 1 ölü, 4 yaralı (VİDEO/FOTO)

Hadisə Materials 5 Avqust 2016 20:18 (UTC +04:00)
Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
Bir ailə qəzaya düşdü - 1 ölü, 4 yaralı (VİDEO/FOTO)

Bakı. Trend:

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend Region TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 196-cı kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini Əli Əsəd oğlu Əkbərovun idarə etdiyi “KİA” markalı minik maşını Qazax istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatını yerinə yetirən Kürdəmirin Şilyan kənd sakini Səftər Heydər oğlu Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub. Hər iki avtomaşın zərbənin təsirindən yararsız hala düşüb.

“KİA”nın sürücüsü və sürücünün həyat yoldaşı Leyla Yunus qızı Salahova, onların 2 aylıq övladları Yunus Əli oğlu Əkbərov, sürücünün qayınatası Yunus Əsgərxan oğlu Salahov və “VAZ 2107”nin sürücüsü Səftər Heydər oğlu Məmmədov ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücünun həyat yoldaşı Leyla Yunus qızı Salahovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti