...

Dənizdə batan şəxsin cəsədi çıxarılıb

Hadisə Materials 7 Avqust 2016 19:39 (UTC +04:00)
Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə batan şəxsin axtarışları başa çatıb
Dənizdə batan şəxsin cəsədi çıxarılıb

Bakı. Trend:

Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə batan şəxsin axtarışları başa çatıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1992-cİ il təvəllüdlü Qocayev Kamran Şahin oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 18:40-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti