...

Dənizdə batan 2 nəfər xilas edildi

Hadisə Materials 10 Avqust 2016 20:30 (UTC +04:00)
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Dənizdə batan 2 nəfər xilas edildi

Bakı. Trend:

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:45-də başa çatıb.

Digər hadisə isə Qaradağ rayonunda olub.

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Qaradag rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 17:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti