...

Qaradağda ağır yol qəzası - 1 ölü

Hadisə Materials 15 Avqust 2016 13:38 (UTC +04:00)
Bu gün Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı şəhər sakini Rəfayel Cəbrayılovun idarə etdiyi “Mercedes” və İsmayıllı rayon sakini Ürfət Quliyevin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.
Qaradağda ağır yol qəzası - 1 ölü

Bakı. Trend:

Bu gün Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı şəhər sakini Rəfayel Cəbrayılovun idarə etdiyi “Mercedes” və İsmayıllı rayon sakini Ürfət Quliyevin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş R.Cəbrayılov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadsiə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti