...

Səbaildə bədbəxt hadisə baş verib

Hadisə Materials 16 Avqust 2016 05:49 (UTC +04:00)
Bakı şəhəri, Səbail rayonunda ehtiyatsızlıq səbəbindən 1 nəfərin ayağına mismar bataraq köməksiz vəziyyətdə qalıb
Səbaildə bədbəxt hadisə baş verib

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonunda ehtiyatsızlıq səbəbindən 1 nəfərin ayağına mismar bataraq köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın ayağından mismarı çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:02-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti